SMM irəliləmə
SMM Xidmətləri - Sosial şəbəkələrdə tanıtım
SMM - öz növbəsində sosial şəbəkələr, bloqlar, forumlar və cəmiyyət vasitəsilə auditoriya cəlb etmək üçün tədbirlər kompleksini nəzərdə tutan sosial media marketinq abbreviaturasıdır. Daha sadə dillə desək bu, sosial şəbəkələr vasitəsilə potensial istehlakçılarla ünsiyyətdir.
SMM-reklam təşviqin standart olmayan metodlarına aiddir, bununla yanaşı irəliləmənin ən perspektiv metodlarından biridir. Sosial şəbəkələrdə marketinq auditoriya ilə birbaşa ünsiyyətdə olmağa şərait yaradır, bununla yanaşı qiymətlərdə demokratikdir.
SMM vasitəsilə həll oluna bilən məsələlər:
- Brendləşdirmə və brendin irəlilədilməsi;
- Sayt ziyarətçilərinin sayının artırılması;
- Markanın populyarlığının artırılması;
- Auditoriyanın brendə olan münasibətində loyallığın artırılması
Social Media Marketing-lə işin əsas istiqamətləri:
- İcmaların, sosial şəbəkələrdə ictimailiyin yaradılması və inkişafı, mikrobloqların yaradılması və aparılması və s.
- auditoriyanın icmalara marağının stimullaşdırılması, yeni üzvlərin cəlb edilməsi (yarışmalar, konkurslar keçirməyin sayəsində).
- analitika (şəbəkələrin və icmaların monitorinqi, situasiyanın analizi və kompaniyanın təşviqi üçün tövsiyyələrin hazırlanması, kompaniyanın azerinetdə irəliləməsi üçün strategiyanın yaradılması).
Burda əsas vurğu kontentin yaradılmasınadır, çünki maraqlı kontenti istifadəçilər təşkilatçının iştirakı olmadan, sərbəst şəkildə paylaşacaqlar. Məlum olduğu kimi, sosial şəbəkələr vasitəsi ilə ötürülən xəbərlər məhsulun və ya xidmətin potensial istehlakçılarında daha çox güvən yaradır.
Sosial şəbəkələrdə irəliləmə məqsədli auditoriyaya dəqiqliklə təsir etməyə, bu auditoriyanın daha çox təqdim olunduğu meydanı və onunla daha uyğun ünsiyyət üsulunu seçməyə, bununla yanaşı bu reklamda maraqlı olmayan insanlara minimum təsir etməyə şərait yaradır.
Sosial şəbəkələrdə kompleksli irəliləmə:
Müştərinin tələbini əldə etdikdən və ayrılmış büdcənin analizindən sonra bizim kompaniya SMM-strategiyanın hazırlanmasına başlayır. Kontentin hazırlanması (saytın mündəricatı), brendin irəlilədilməsi üzərində iş gedir, məqsədli auditoriya analiz edilir (yəni, potensial müştərilər təyin olunur). İzləyicilər yaranır, onlayn-reputasiyanın yaxşılaşması yönümündə işləmək vacibdir, belə ki, onun idarə olunmasından insanların kompaniya haqqında görməli olduğu məlumat asılıdır. Bəzi texnikalar sizin brendin obrazına zərər gətirə biləcək və ya əksinə onun müsbət informasiya pozisiyasını möhkəmləndirəcək materialların sıralanmada pozisiyaları endirməyə kömək edir. Reputasiyanın idarəsinə həmçinin müştərilərin rəyləri ilə iş də daxildir (daha çox müsbətləşməsinə). Müntəzəm olaraq (ayda bir dəfə) büdcə ilə də bağlı analitika keçirilir (bu sahədə tədqiqatlar). O, həmçinin istifadəçilərin loyallığının nə dərəcədə artığının öyrənilməsinə imkan verir (yəni, bəyənmələrin, bölüşmələrin və şərhlərin artması), ümumiyyətlə müştərinin alınmış nəticəyə qarşı tələbini əks etdirir.
SMM-in üstünlükləri:
- İrəliləmənin aşağı dəyəri (başlanğıc üçün təşviqə minimum sərmayə tələb olunur);
- Geniş auditoriya;
- Sizin reklamı görəcək istifadəçiləri mükəmməl seçmək imkanı (məqsədli auditoriyanı sosial parametrlərə görə sıralama: yaş, yaşayış yeri, maraqlar);
- Uzun müddət saxlanılacaq imicin tədricən qazanılması (SMM-in maksimum effekti bir neçə müddət sonra əldə olunur).
SMM- irəliləmə üçün uyğun olan sosial şəbəkələr:
SMM-irəliləmə istənilən sosial şəbəkədə mümkündür. Resurs istifadiçilər arasında nə qədər populyar olarsa, qrup üzvləri arasında baxılmaların, keçidlərin, bəyənmələrin, rəylərin və repostların sayı bir o qədər çox olacaq. Azerinetin daha populyar olan sosial şəbəkələrinə Youtube, Instagram, Facebook ve Telegram aiddir.
FAQ
Onlayn marketinq
Müştərilər
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması